...

"AzərReyl" voleybolçuları İsveçrədəki turnirdə ikinci oyunda məğlub olublar

Cəmiyyət Materials 29 Dekabr 2006 15:04 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu bu günlərdə İsveçrədə keçirilən beynəlxalq "Top Volley International" turnirində bir-birinin ardınca ikinci dəfə məğlubiyyətə uğrayıb.

Trend xəbər verir ki, birinci turda Braziliyanın "Reksona" klubuna 1:3 hesabı ilə məğlub olduqdan sonra, Faiq Qarayevin yetirmələri eyni hesabla İspaniyanın Superkubok sahibi "Mursiya" klubuna məğlub olublar.

Birinci partiyada yerli idmançılar yeddi xal fərqi ilə məğlub olaraq (18:25), ikinci partiyanı da eyni nəticə ilə başa vurublar. Lakin üçüncü partiyada komanda uğursuz keçən görüşün gedişini dəyişib, 25: 21 hesabı ilə qalib gələ biliblər.

Dördüncü partiyada "AzərReyl"in sadəcə olaraq bəxti gətirməyib və komanda finala çıxmaq üçün bütün şanslarını itirərək, tay-brekdə məğlub olub (29:31).

Xəbər lenti

Xəbər lenti