...

Taekvando üzrə Azərbaycan yığmasının lideri aldığı zədədən sonra sağlamlığını bərpa edir

Cəmiyyət Materials 9 Yanvar 2007 12:50 (UTC +04:00)

Taekvando üzrə Azərbaycan yığmasının liderlərindən biri, eks-dünya çempionu və ikiqat Avropa çempionu Niyaməddin Paşayev dizindən aldığı zədədən sonra sağlamlığını bərpa etməkdə davam edir.

İdmançının özünün Trend ə bildirdiyinə görə, onun yenidən dayanqa qayıtmasının dəqiq tarixi bu həftənin əvvəlində, təkrar həkim müayinəsindən sonra məlum olacaq. N.Paşayev bildirib: "Yanvarın 12-də başlayacaq ölkə çempionatına mənim qatıla biləcəyim barədə bir söz demək hələ çətindir. Son sözü həkimlər deməlidir, əgər onlar müsbət cavab versələr öz formamı toplamaq mənim üçün çətin deyil".

Qeyd etmək lazımdır ki, aldığı zədə səbəbindən atlet keçən il qitə birinciliyindən və taekondo üzrə Avropa İtifaqı egidası altında bir sıra böyük beynəlxalq yarışlardan imtina etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti