...

"Teymur Rəcəbov Veyk-An-Zeyedə çox cəsarətlə oynayıb", - Azərbaycan şahmat Federasiyasının vitse-prezidenti belə hesab edir

Cəmiyyət Materials 29 Yanvar 2007 15:29 (UTC +04:00)

"Teymur Rəcəbov Veyk-An-Zeyedəki superturnirdə çox cəsarətlə oynayıb". Bu barədə Trend ə Milli Federasiyanın prezidenti Faiq Həsənov şahmatçının Hollandiyadakı yarışının nəticələrini qiymətləndirərkən söyləyib.

O, həmçinin vurğulayıb Ki, Teymur yarış boyu mübarizədən ayrılmamyıb və sonuncu oyunçuya qədər mübarizə aparıb. "İdmançı özünü çox əla göstərə bildi, məncə öz şəxsi reytinqinə Teymur Rəcəbov 17 bənd əlavə edib. Bu çox ciddi nəticədir və ona növbəti FİDE ranq-səhifəsinin Ən yaxşı qrossmeyster onluğuna düşməyə imkan verir."-deyə F. Həsənov vurğulayıb.

Xatırladaq ki, bu il Teymur öz ilk turnirini udub, qarşıda isə onu Linares, Sofiya və başqa ölkələrdə çoxlu nüfuzlu yarışlar gözləyir.

Xəbər lenti

Xəbər lenti