...

Azərbaycanın Baş Konsulu Rusiyanın şimal-qərb dairəsinin Sankt-Peterburqdakı rəsmi nümayəndələrilə görüş keçirib

Cəmiyyət Materials 2 Fevral 2007 12:28 (UTC +04:00)

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov Rusiya Federasiyasının Şimal-qərb dairəsinin subyektlərinin Sankt-Peterburq Adminstrasiyası yanında daimi nümayəndələri ilə işgüzar görüş keçirib. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Görüşdə Murmanskın nümayəndəsi İ.Meşikov, Kareliya Respublikasının nümayəndəsi İ.İqnatoviç, Kalininqrad vilayətinin nümayəndəsi P.Fedoseev, Komi Respublikasının təmsilçisi V.Kurşın və Voloqodsk vilayətinin nümayəndəsi V.Medvedev iştirak ediblər. Görüş zamanı həmsöhbətlərlə vilayətlərdə yaşayan azərbaycanlıların həyat tərzi, leqallaşma prosesinin gedişi, yerlərdə Azərbaycan diasporunun yaradılması kimi məsələlər müzakirə edilib, müvafiq tövsiyələr verilib. Həmçinin görüşdə Azərbaycan Respublikasının Rusiyanın regionları ilə ikitərəfli iqtisadi, mədəni əlaqələrin qurulması məsələləri müzakirə edilib.

Baş Konsul Arxangelsk, Murmansk vilayətlərinə və Kareliya Respublikasına səfərlərinin təşkilində göstərilən köməkliyiə görə həmsöhbətlərinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti