...

Rusiyanın Arxangelsk vilayətində Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 7 Mart 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.İlhamqızı/Martın 27-28-də Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk və Arxangelsk şəhərlərində "Azərbaycan günləri" çərçivəsində Novruz Bayramı qeyd olunacaq. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Bayram tədbiri Baş Konsulluğun, Arxangelsk vilayəti rəhbərliyinin və Azərbaycan diasporunun birgə təşkilatçılığı ilə keçiriləcək. Severodvinsk və Arxangelsk şəhərlərinin konsert zallarında təşkil olunacaq tədbirdə azərbaycanlıların "Muğam" ansamblının çıxışı olacaq, Azərbaycanın klassik və müasir mahnıları, muğamları ifa ediləcək. Rəqs qrupunun ifasında isə Azərabaycanın milli rəqsləri təqdim olunacaq. Həmçinin Pomor Dövlət Filarmoniyasının solistləri də çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti