...

Korrupsiya faktları ilə bağlı 20-dən artıq iş məhkəməyə göndərilib

Cəmiyyət Materials 3 Aprel 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ötən il Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya 200-dən artıq müraciət daxil olub. Bu barədə çərşənbə axşamı Bakıda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan məlumat verilib.

Məlumata görə, daxil olan müraciətlərin bir qismi cinayət təqibli olduğuna görə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu müraciətlərin araşdırılması ilə məşğul olur.

Bundan başqa, korrupsiya faktları ilə bağlı 20-dən artıq iş məhkəməyə göndərilib. Bəzi işlər baxılıb və 10-a yaxın iş üzrə məhkəmə qərarı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti