...

Azərbaycan Mətbuat Şurası Prezident Aparatına qanun layihəsi təqdim edəcək

Cəmiyyət Materials 5 Aprel 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası Prezident Aparatına "Mətbuatın inkişafına dövlət yardımı" qanun layihəsini təqdim edəcək. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, sənəd Mətbuat Şurası tərəfindən hazırlanıb. Cümə günü Bakıda bu layihənin ictimai müzakirələrinə həsr olunan kofrans keçiriləcək. Tədbirdə rəsmi şəxslərin, ekspertlərin, KİV rəhbərlərinin iştirakı nəzərdə tutulur: "Mətbuata dövlət qayğısını nəzərdə tutan bu qanun layihənin son müzakirələri keçiriləcək. Konfransda səslənən təkliflər və tövsiyələr də nəzərə alınmaqla sənədin son variantı Prezident Aparatına təqdim ediləcək"-deyə Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti