...

Baş məşqçi: "Azərbaycan və Qazaxıstanın futbol üzrə yığma komandaları yüksəlişdədir"

Cəmiyyət Materials 19 Aprel 2007 15:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/ "Yığmalarımız Avropada səs-küylü sensasiyaların müəllifləri olub və hazırda biz yüksəlişdəyik". Bu barədə Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev Avropa-2008 çempionatının yığma turnirində Azərbaycan və Qazaxıstan komandalarının oyunlarını şərh edərkən bəyan edib.

gazeta.kz. saytına istinadən Trend məlumat verir ki, məşqçi növbəti ixtisaslaşdırılmış oyunun yalnız yayda keçirilməsi ilə bağlı təəssüfünü bildirib. Belə ki, iyuna qədər qələbəyə köklənməni saxlamaq çətin olacaq. "Qazaxıstan yığmasının oyunu göstərdi ki, çox işlər görülüb. Biz həmçinin yerimizdə addımlamamağa çalışırıq. Yadda saxlayırıq ki, plankanı yüksəltmək, onu saxlamaqadan asandır" - deyə Diniyev qeyd edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan komandası aktivində dörd xal olmaqla turnir cədvəlində Ermənistanı qabaqlayır.

.

Xəbər lenti

Xəbər lenti