...

DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkilinin məhkəməsinin tarixi müəyyənləşdi

Cəmiyyət Materials 20 Aprel 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvlərinin barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclasının vaxtı məlum olub. Apellyasiya Məhkəməsinin hakimi Şahin Yusifov Trend ə cümə günü bildirib ki, iş üzrə hazırlıq iclası mayın 8-nə təyin olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Məmmədov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti