...

Azərbaycan tennisçiləri Federasiya Kubokunda uğursuz çıxışlarını davam etdirirlər

Cəmiyyət Materials 27 Aprel 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın tennis üzrə yığması Federasiya Kubokunun Avropa-Afrika zonasının üçüncü qrupunda uğursuz çıxışını davam etdirir. Qeyd edək ki, qarşılaşmalar Mavritaniyada keçirilir.

Trend in verdiyi xəbərə görə, üçüncü turda komandamız Lixtenşteyndən olan tennisçilərə 0:3 hesabı ilə məğlub olub. Birinci korta Səyarə Məmmədova çıxıb və Marina Novaka 0:6, 0:6 hesabı ilə uduzub.

Növbəti görüşdə Sevil Əliyeva Stefaniya Foqtla üz-üzə gəlib. Təəssüəflə qeyd etmək lazımdır ki, bu qarşılaşma da həmyerlimizin qələbəsi ilə nəticələnməyib. Lixtenşteyn idmançısı iki setdə qələbə qazanıb - 1:6, 1:6. Nəticədə Əliyeva ilə Məmmədova rəqiblərinə qarşı cütlükdə çıxış etməkdən imtina ediblər. Çünki görüşün taleyi artıq həll olunmuşdur.

Qeyd edək ki, hazırda qrupun lideri rolunda Türkiyə yığması çıxış edir. Türklər mavritaniyalı tennisçilər üzərində 2:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə çıxmaq üçün daha bir addım atıblar.

Xəbər lenti

Xəbər lenti