...

Azərbaycanın gənclər və idman naziri UEG texniki komissiyasının nümayəndə heyətini qəbul edib

Cəmiyyət Materials 30 Aprel 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı Azərbaycanda ilin ən əhəmiyyətli idman hadisəsi olacaq. Bu barədə Avropa Gimnastika Birliyinin (UEG) bədii gimnastika üzrə texniki komissiyasını qəbul edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Milli Federasiyanın mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, qurum rəhbəri hazırlıq işlərlinin son mərhələdə olduğunu və yarışın ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. A.Rəhimov qeyd edib ki, Azərbaycan bədii gimnastikanın inkişafına xüsusi əhəmiyyət veririr. "Buna görə də qarşıdakı Avropa çempionatı bu idman növünün ölkəmizdə daha da məhşurlaşdırılmasında son dərəcədə qiymətsiz rol oynayır",-deyə o bildirib.

Texniki komissiya adından danışan onun prezidenti Xayde Bruneder Təşkilat komitəsinin gördüyü işləri qeyd edərək, 2007-Avro-nun analoji turnirlər sırasında ən yaxşılardan biri olacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti