Azərbaycan, Bakı, 2 may /müx.Trendlife Eldar Hüseynzadə/May ayının 18-də Şəkidəki Mədəniyyət evində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası göstəriləcək. Bu haqda teatrın mətbuat xidməti Trendlife-a məlumat verib.
Şəkidə bu tamaşa birinci musiqi festivalı çərçivəsində göstəriləcək. Qeyd edək ki, may ayının 14-də "Leyli və Məcnun" tamaşası Opera və Balet Teatrında nümayiş etdiriləcək.