...

Azərbaycan Ombudsmanı Asiya Ombudsmanlar Assosiasiyasının X konfransında iştirak edib

Cəmiyyət Materials 3 May 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva /İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aprelin 25-28-də Vyetnamın Hanoy şəhərində keçirilmiş Asiya Ombudsmanlar Assosiasiyasının X konfransında iştirak edib. Bu barədə cümə axşamı Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Konfransın işinə Asiyanın 21 ölkəsinin, o cümlədən Yaponiya, Avstraliya, Çin, İndoneziya, İran, Tailand və digər ölkələrin təmsilçiləri qatılıb, MDB məkanını Azərbaycan və Qırğızıstan respublikalarının nümayəndələri təmsil ediblər.

Konfransda "Korrupsiyanın aradan qaldırılmasında Ombudsmanın rolu", "Ombudsmanların təcrübəsinin və tövsiyələrinin həyata keçirilməsi", "Vətəndaş hüquqlarının müdafiəsində Ombudsmanın rolu", "Şikayətlərə baxılması sistemi" və digər mövzularda müzakirələr aparılıb.

Azərbaycanda insan hüquqları üzrə qanunvericlik və institutlaşma sahəsində yeniliklər, Ombudsman təsisatının yaradılması, Müvəkkilin vəzifələri və səlahiyyətləri haqqında, onun parlamentlə, dövlət orqanları və QHT-lərlə, KİV-lə, nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müxtəlif bölmələri, Avropa Şurası, ATƏT-lə əməkdaşlığı barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti