...

Heydər Əliyev Kubokunda 10-dan artıq komanda iştirak edəcək

Cəmiyyət Materials 8 May 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Mayın 8-də İdman Sarayında start götürəcək boks üzrə Heydər Əliyev Kubokunda 10-dan çox komanda iştirak edəcək.

Trend in verdiyi məlumata görə, yarışa İsrail, Gürcüstan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələri təmsil edən əlcək ustaları qatılacaq.

Gənc boksçuların qüvvələrini sınayacağı turnirdə ev sahibləri bir neçə heyətlə təmsil olunacaq. Bu, yarışın gələcək beynəlxalq turnirlərə hazırlıq mərhələsi kimi dəyərləndirilməsi ilə əlaqədardır. Məşqçi heyəti yığmada mümkün qədər çox namizədləri yoxlamaq istəyir.

Şərhçilərin fikrincə, məhz rinq sahibləri Kubokun favoritləridir.

Qeyd edək ki, bu yarış artıq ənənəvi hal alıb və beynəlxalq təqvimə salınıb.

Xəbər lenti

Xəbər lenti