Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Azərbaycanın Müsavat Partiyasının üzvünə mayın 24 prokuror iş istəyəcək. Cümə günü Apellyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin barəsindəki hökmdən verdiyi apellyasiya şikayəti üzrə proses prokurorun xahişi ilə təxirə salınıb. Prokuror çıxışa hazır olmadığını bildirib və bunun üçün məhkəmədən vaxt istəyib.
Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət gçstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. O, "Lider" Televiziyasının keçmiş əməkdaşı Sahil Kərimovu 2003-cü ilin prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarda döyərək ona bədən xəsarəti yetirməkdə təqsirli bilinərib, Səbayel rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mehdiyevin adı AŞ-yə təqdim edilən siyası məhbuslar siyahısına salınıb. AŞPA-nın Azərbaycanla bağlı sonuncu qətnaməsinin qəbulundan sonra Mehdiyevin işinin obyektiv araşdırılması üçün bir qrup hüquq müdafiəçisi məhkəməyə müraciət edib.