...

Azərbaycan jurnalistlərinin həbsi ilə bağlı hökmdən apellyasiya şikayəti hazırlanır

Cəmiyyət Materials 21 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti bu həftə məhkəməyə təqdim olunacaq. Baş redaktor Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin vəkili Rəşid Hacılı bazar ertəsi Trend ə bildirib ki, bu gün Yasamal rayon məhkəməsinin hökmünü alıb və yaxın 2-3 gündə hökmdən apellyasiya şikayətini hazırlayıb məhkəməyə təqdim edəcək.

Hacılı hüquqlarını müdafiə etdiyi şəxslərlə bu gün görüşdüyünü və onların saxlanma şəraitindən narazılığı olmadığını deyib.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Yasamal rayon məhkəməsində mayın 29-da hakim İsa İsamayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin adıçəkilən məqalə ilə əlaqədar firmanın rəhbərliyinin baş redaktor Kəbirliyə və qəzetin əməkdaşı Ağazadəyə qarşı mülki iddiası üzrə məhkəmə baxışı keçiriləcək. İddiaçı Kəbirlinin və məqalə müəllifi Yaşar Ağazadənin üzr istəmələsini, Ağazadədən 1 000 000 manat tutulmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti