Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Bu həcc mövsümündə Azərbaycan üçün 6 min nəfərlik kvota ayrılıb. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib.
Bu razılıq QMİ rəhbərinin 19-21 may tarixində Səudiyyə Ərəbistanına səfəri zamanı, bu ölkənin həcc işləri üzrə naziri ilə bu məsələnin müzakirəsi nəticəsində əldə olunub.
"Keçən mövsüm zamanı Səudiyyə Ərəbistanının Dini İşlər üzrə Nazirliyi Azərbaycan zəvvarlarına 4300 yer ayırmışdı. Lakin bu il QMİ zəvvarların sayının artmasını nəzərə alaraq kvotanın artırılması ilə bağlı Krallıq hökumətinə kvotanın artırılması ilə bağlı müraciət edib" - deyə Şeyxülislam qeyd edib.
İdarə rəhbərinin məlumatına əsasən, bu il Azərbaycan tərəfi Səudiyyə Ərəbistanının aviaşirkəti ilə Bakıdan Mədinyə birbaşa reys açılması barədə razılıq əldə edə bilib.