...

AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Son günlər mətbuatla bağlı baş verən hadisələrdən təəssüflənirəm"

Cəmiyyət Materials 23 May 2007 12:39 (UTC +04:00)
AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Son günlər mətbuatla bağlı baş verən hadisələrdən təəssüflənirəm"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva çərşənbə günü Bakıda bildirib ki, son zamanlar mətbuatla bağlı baş verən hadisələrdən təəssüflənir. "Görünür, bizim cəmiyyət müəyyən inkişaf mərhələsi keçməlidir və elə bir siyasi mədəniyyətə yiyələnməliyik ki, həm azad sözə qarşı dözümlü münasibət olsun, həm də jurnalistlər öz hüquq və səlahiyyətlərinin sərhədlərini bilsinlər", - deyə Hacıyeva əlavə edib.

Son aylar Azərbaycanda bir neçə jurnalist həbs olunub. Hazırda yeddi jurnalist həbsdədir və onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Eyni zamanda Azərbaycanın Fövqalədə Hallar Nazirliyi mayın 20-də gecə saatlarında "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin yerləşdiyi ofisin qapılarını möhürləyib. Nazirlik bəyan edib ki, adıçəkilən qəzetlərin yerləşdiyi ofislərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Bundan sonra isə Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsi Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə adıçəkilən qəzetlərin təsisçisi və baş redaktoru, hazırda həbsdə olan Eynulla Fətullayev haqqıda terrorla hədələməyə görə cinayət işi qaldırıb. Fətullayev aprelin 21-də Yasaml rayon Məhkəməsinin qərarı ilə Xocalı faciəsinə dair həqiqətləri təhrif etməkdə və xocalıları təhqir etməkdə təqsirli bilinərək iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti