...

AŞPA-dakı nümayəndə heyətinin üzvü: Azərbaycanda "Diffomasiya haqqında" qanun qəbul oluna bilməz"

Cəmiyyət Materials 23 May 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda "Diffomasiya haqqında" qanunu qəbul etmək olmaz. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

O qeyd edib ki, Avropanın bir sıra ölkələrində "Diffomasiya haqqında" qanunun qəbul olunmasına fərqli münasibət var.

"Mənim bu qanunun qəbul olunmasına münasibətim birmənalı deyil. Heç şübhəsiz ki, azad söz, fikir plüralizmi olmayan yerdə demokratiyanın inkişafından da danışmaq olmaz. Amma azad sözün mövcudluğu hələ insanların kimisə təhqir etmək və kiməsə böhtan atmaq azadlığının mövcud olması demək deyil. Şəxsiyyətin şərəf və ləyaqəti anlayışları müqəddəsdir və onların alçaldılmasına yönəlmiş addımların qarşısı alınmalıdır", -deyə Hacıyeva bildirib.

Hacıyeva onu da bildirib ki, jurnalistlərə qarşı olan dözümsüzlüyün də əleyhinədir. Onun fikrincə, cəmiyyət normal, təhqirə keçməyən tənqidə dözümlü yanaşmalıdır. Çünki bu sivil cəmiyyətlərə xas olan xüsusiyyətdir.

"İlk növbədə məmurlar və dövlət xadimləri təhqirə keçməyən tənqidə dözümlü yanaşmalıdırlar", -deyə nümayəndə heyəti rəhbərinin müavini qeyd edib.

Avropa Şurası və ATƏT Azərbaycanın Cinayət Məcəlləsindən böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci və 148-ci maddələrin çıxarılmasını istəyir. Rəsmi Bakı isə bununla razılaşmır. Son aylar bir neçə jurnalist ayrı-ayrı şəxslərə böhtan atmaqda və təhriq etməkdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Hazırda yeddi jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti