...

Təhsil sistemində çalışanların yaş senzi müəyyənləşdirilib (video)

Cəmiyyət Materials 23 May 2007 16:33 (UTC +04:00)
Təhsil sistemində çalışanların yaş senzi müəyyənləşdirilib (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Təhsil Nazirliyi Milli Məclisdə qəbul olunacaq yeni "Təhsil haqqında" qanun layihəsində əksini tapması üçün təhsilin idarə olunması, maliyyələşdirilməsi, müəllim fəaliyyətinin lisenziyalaşdırılması, müəllimlərin yaş senzi ilə bağlı təkliflər irəli sürüb. Bunların əksəriyyəti layihəyə salınıb. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib.

Nazir hesab edir ki, təhsil sisteminə rəhbərlik edənlərin yaşı 65-dən, müəllimlərin isə 70-dən yuxarı olmamalıdır. Mərdanov bildirib ki, sosial təminat sahəsində müəllimlərin pensiyasının minimum əmək haqqının 80 faizinə qədər artırılması da təkliflər zərfində əksini tapıb.

Qanun layihəsi sabah Milli Məclisin Elm və təhsil komissiyasında müzakirə olunacaq. İndi tətbiq olunan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti