...

Əzizə Bakıya gəlir

Cəmiyyət Materials 24 May 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. "TrendLife" Eldar Hüseynzadə/ Hər dəfə Bakıda keçirilən caz festivalının mətbuat-konfransında eyni suallar meydana çıxırdı: "Əzizə Mustafazədə konsert proqramı ilə Bakıya gələcəkmi?". Lakin təşkilatçılar heç vaxt bu suala dəqiq cavab verə bilmirdilər. Ona görə cavab verə bilmirdilər ki, onlar bilmirdi, Əzizə təklifi qəbul edər, ya yox. Demək olar ki, yaxın 10 ildə məşhur caz ustası Bakıda konsert proqramı ilə çıxış etməyib. Onu konsertə dəvət etmək üçün ya bir il qabaqcadan qəbuluna yazılmaq lazımdır, ya da o, nədənsə küsüb. "Baku International Jazz Festival 2007"nin təşkilatçıları hər dəfə caz sevənlərə sürpriz söz verirdilər. Bu gün nəhayət ki, bu sürprizin üstü açıldı. "TrendLife"ın verdiyi məlumata görə, iyunun 8-də Opera və Balet Teatrında saat 21:00-da Əzizə konsert proqramı ilə çıxış edəcək. Bu xəbəri çox xahişlərdən sonra bizə festivalın prodüsseri Emil İbrahim oğlu Məmmədov verib: "Əzizə Mustafazadənin vaxtı çox azdır. Həmişə başı işə qarışıqdır. Onun çıxışı ilə əlaqədar bir neçə ay əvvəlcədən müraciət etmək lazımdır. Nədənsə biz hər dəfə gecikirdik. Lakin bu dəfə alında və onun iyunun 8-də verəcəyi konsertdən hamı məmnun qalacaq. Bununla əlaqədar mən hamını təbrik edirəm". Onu da qeyd edək ki, Bakıda Əzizə xanım cəm bir gün olacaq. Konsertdən dərhal sonra geri qayıdacaq. Jurnalistlərin suallarına cavab verməyə vaxtının olub-olmayacağı isə hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti