...

Rafael İsgəndərov Qarabağ müharibəsi veteranı rolunu oynayacaq

Cəmiyyət Materials 25 May 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /müx.TrendLife Eldar Hüseynzadə/"Qrinviç mehmanxanasının yaxınlığında" adlı filmin çəklişləri qurtarıb. Bu haqda TrendLife-a baş rolun ifaçısı Rafael İsgəndərov xəbər verib.

"Hadisələr 2010-2012 -ci illərdə cərəyan edir. Mən filmdə hansısa partiyanın rəhbəriyəm və Qarabağ müharibəsi veteranıyam. İstəyirəm siyasətlə məşğul olum. Ən maraqlısı isə burda tamaşaçılar məni komediya janrında deyil, tam əksinə, dramatik janrda görəcəklər. İnanıram ki, hamı bəyənəcək" - deyə Rafael İsgəndərov bildirib.

Onu da qeyd edək ki, filmi rejissor Yavər Rzayev çəkib.

Xəbər lenti

Xəbər lenti