...

Gəncədə ruhi əsəb xəstələrinin sayı artıb

Cəmiyyət Materials 11 İyun 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə ruhi əsəb xəstələrinin sayı artıb. Bu barədə bazar ertəsi Gəncə şəhər Ruhi Əsəb Dispanserinin həkim-psixiatrı Ələmdar Həsənov məlumat verib. Onun sözlərinə görə, hazırda dispanserdə 6 min 64 xəstə qeydiyyatdadır. Bu ilin yanvar-may ayı ərzində dispanserdə 80 xəstənin qeydə alındığını bildirən Həsənov deyib ki, xəstələrin 847 nəfəri psixozlu, yəni cinayət əməllərinə meylli, 1353-ü əqli geriliyi olan, 1247-i nevrotik stresli, 472-si 14 yaşa qədər olanlar, 313 nəfəri isə yeniyetmələrdir. Digərləri isə müxtəlif yaş qrupunda olanlardır.

Həsənovun sözlərinə görə, əsəb xəstəliklərindən daha çox yayılanı nevrozdur və qeydə alınan xəstələrin 90%-ni təşkil edir.

Ötən il dispanserdə 210 xəstə qeydə alınıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti