...

Təhlükəli tullantılara görə cərimələrin artırılması təklif edilib

Cəmiyyət Materials 11 İyun 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/müx.TrendLife Fərid Sadıxov/Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində əmələ gələn tullantıların idarə olunması sahəsində vəziyyətin qənaətbəxş olmadığını bəyan edib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu sahəyə bilavasitə cavabdeh hüquqi və fiziki şəxslər tərəfindən yol verilən qanun pozuntusuna görə cərimələrin məbləği çox azdır. Məsələn, 1-ci dərəcəli toksiki tullantıların 1 tonunun ətraf mühitə atılmasına görə cərimə cəmi 3 qəpik təşkil edir. Halbuki çox təhlükəli xüsusiyyətlərə malik bu növ tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsiri isə qat-qat artıqdır.

Nazirliyin Təhlükəli tullantıların idarə olunması agentliyinin aşkar etdiyi qanun pozuntuları ilə əlaqədar 2002-ci ildən bu günədək 60 min AZN məbləğində cərimə tətbiq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli tullantıların ətraf mühitə atılmasına görə, cərimələrin məbləğinin artırılması təklifilə çıxış edib. Nazirlik İnzibati Xətalar Məcəlləsində müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün əlaqədar icra strukturlarına müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti