...

Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: "İsrail parlamenti ermənilərin törətdiyi faciəni soyqrım kimi tanıya bilər"

Cəmiyyət Materials 14 İyun 2007 17:10 (UTC +04:00)
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: "İsrail parlamenti ermənilərin törətdiyi faciəni soyqrım kimi tanıya bilər"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Quba ərazisində kütləvi insan məzarlığında öldürülənlər arasında yəhudilərin olduğu sübuta yetirilərsə, İsrail parlamenti ermənilərin törətdiyi faciəni soyqrım kimi tanıyacaq və bununıa bağlı İsrail Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edəcək. Bu bəyanatla cümə axşamı Trend ə açıqlamasında İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov çıxış edib. Onun sözlərinə görə, bu məsələ İsrail xarici işlər nazirinin müavini İossi Qalın Azərbaycana səfəri zamanı da müzakirə olunub.

Qubada şəhər stadionunun tikintisi zamanı aprelin əvvəllərində kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertizanin ilkin rəyinə görə, nizamsız şəkildə olan insan cəsədləri 1918-ci ildə Qubada yaşayan azərbaycanlıların, o cümlədən yəhudilərin ermənilər tərəfindən öldürüldüyünü sübut edir. İlkin araşdırmada 50-yə yaxın insan cəsədi aşkarlanıb. Araşdırmanı sona çatdırmaq üçün Respublika Prokurorluğu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, tarix institutları tədqiqatın ikinci mərhələsinə başlayacaq. İlkin ehtimala görə, Quba ərazisində ölənlərin sayı aşkar olunan cəsədlərdən bir neçə dəfə çoxdur.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti