...

Müstəqil Azərbaycan Universitetinin rektoru Amnistiya aktı ilə cərimə cəzasından azad olunub

Cəmiyyət Materials 20 İyun 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universitetinin rektoru məhkəmənin hökmü ilə kəsilmiş cərimə cəzasından azad olunub. Binəqədi Rayon Məhkəməsinin məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı Cavid Məmmədyarov çərşənbə günü Trend ə bildirib ki, Abbas Mustafayevin ittiham olunduğu cinayət Amnistiya aktının təsirinə düşür. Artıq bu barədə qərar qəbul olunub və Mustafayevin özü və ya nümayəndəsi müraciət edərsə, qərar onlara təqdim olunacaq.

Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən Mustafayev Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Baş Prokurorluq Mustafayev barəsində təyin olunan cəzanı yüngül hesab etdiyindən hökmün dəyişdirilməsi üçün apellyasiya protesti vermişdi. Apellyasiya Məhkəməsi də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti