Azərbaycan, Bakı, 23 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Caz festival artıq beşinci ildir ki, Bakıda keçirilir. Lakin auditoriyanı genişləndirmək üçün bu musiqiləri rayonlarda da təbliğ etmək lazımdır. Baku Jazz Festival-2007-nin rəhbəri Nuru Əhmədovun TrendLife-a verdiyi məlumata görə, Azərbaycanın bir çox şəhərlərində də konsertlər planlaşdırılır.
"Biz istəyirik ki, Gəncədə və Sumqayıtda konsertlər təşkil edək. Hələ ki, bu konsertlərdə Azərbaycandan olan cazmenlər iştirak edəcəklər. Bir müddətdən sonra isə rayonlara da dünya caz ulduzlarının qastrollarını təşkil etmək olar" - deyə Əhmədov bildirdi.