...

Rusiyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Aliyə Qarayeva ilə fəxr edir

Cəmiyyət Materials 2 İyul 2007 12:46 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend Z.Safarov / "Bizim qadın idman növündə müsəlman ölkəsinin ay-ulduzlu bayrağı yüksələndə, bu, çox simvolik görünür". Bu sözləri Rusiyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi İrina Viner azərbaycanlı gimnast Aliyə Qarayevanın Bakıdakı qitə birinciliyində qazandığı qələbəni şərh edərkən deyib.

allsport.ru saytının xəbərinə görə, məşqçi Qarayevanın tarixdə ilk dəfə Azərbaycana qitə birinciliyinin qızıl medalını qazandırdığından fəxr duyduğunu deyib. "Hesab edirəm ki, Rusiya yığması çox yaxşı çıxış edib. Bütün qızılı qazanmağa isə ölkəmizin sadəcə haqqı yoxdur. Gürzlə hərəkətlərlə nəticə də simvolik alındı. Burada iki gimnastımız - Olqa Kapranova ilə Vera Sesina eyni xal toplayıblar və birinci yeri bölüşdürüblər. Halbuki zənnimcə, Kapranova daha yaxşı çıxış etmişdi. Lakin Sesinanın Kapranovadan çoxnövçülükdə üstün dayanmasına görə hakimlər başqa cür düşündülər" - deyə Viner vurğulayıb.

Xəbər lenti

Xəbər lenti