...

Sabiq səhiyyə nazirinin apellyasiya şikayəti üzrə məhkəmə baxışı təxirə salınıb

Cəmiyyət Materials 3 İyul 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend , müx. K.Zərbəliyeva/ Sabiq səhiyyə nazirinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı qeyri-müəyyən müddətədək təxirə salınıb. Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hakim bildirib ki, iş üzrə təqsirləndirilən Əli İnsanov və müdafiəçiləri hazırlıq iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Kassasiya şikayəti Ali Məhkəmədə baxılanadək hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

Keçən hazırlıq iclasında vəkillər İnsanov və digərləri barəsində cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsi, İnsanovun barəsindəki həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlər vermişdi. Bu vəsatətlər təmin olunmamışdı.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti