Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması iyulun 6-da Serbiyada start götürən gənclər arasında Avropa birinciliyində iştirak edir.
Milli Federasiyadan bildirilib ki, komandanın tərkibinə Elgün Əhmədov (48 kq), Şəhriyar Tağıyev (54 kq), Famil Süleymanov (60 kq), Hacıağa Salahov (64 kq), Orxan Salmanov (69 kq), Hafiz İsgəndərov (75 kq), Asim İsgəndərov (81 kq) daxildir. Nəzər alsaq ki, dəri əlcəkli ustalarımız beynəlxalq arenada aparıcı yerlərdədir, komanda bir neçə çəki dərərcəsi üzrə mükafat qazanmağa ümid edir.
Komandanın özəyini gənclər arasında qitə birinciliklərində artıq mükafat qazanmış, bu cür yarışlarda iştirak təcrübəsinə malik olan atletlərdən ibarətdir.