Prezidentin İcra Aparatının sabiq şöbə müdirinin həyatı üçün təhlükə var

Cəmiyyət Materials 12 İyul 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan İşgəncələrə Qarşi Komitənin sədri cümə axşamı Prezidentin İcra Aparatının sabiq şöbə müdiri ilə görüşüb. Komitənin sədri Elçin Behbudov Trend ə bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunan Muradverdiyevin səhhəti olduqca ağırdır. Behbudovun sözlərinə görə, sabiq şöbə müdirinin beyninə qan işləmir, onun həyati üçün hər an təhlükə var. Behbudov Muradverdiyevin səhhətini nəzərə alaraq azadlığa buraxılması xahişi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edəcəyini deyib.

Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti