Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın taekvando üzrə yığması Koreyaya üçhəftəlik təlim-məşq toplantısına yola düşüb.
Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin verdiyi məlumata görə, Koreyaya keçmiş dünya çempionu və ikiqat Avropa çempionu Niyaməddin Paşayev, Afina Olimpiadasının yarımfinalçısı Rəşad Əhmədov da daxil olmaqla, demək olar ki, bütün aparıcı idmançılar yollanacaq. "Koreyaya necə deyərlər "köhnə qvardiya" yollanır, komandada həmçinin yığmanın ikinci dərəcəli oyunçuları da yer alıb. Bizim heyətin başlıca məqsədi vacib sparrinqlərdir, bu səbəbdən də taekvandoçular Koreyalı rəqibləri ilə sınaq görüşləri keçirəcək" - deyə İmaməliyev qeyd edib.
Qeyd edək ki, Asiyaya yola düşməzdən əvvəl kollektiv Qubada məşqlər keçirib və burada idmançılar fiziki vəziyyətin yaxşılaşdırılması üzərində işləyiblər.