...

Müğənni Kərim: "Mənim düşmənlərim acı bibər kimi böyüyür, mənsə onlara qulluq edirəm"

Cəmiyyət Materials 16 İyul 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Əli Dərviş/Gənc müğənni Kərim yerli şou-bizneslə məşğul olmaqla bərabər torpaqda əkin-biçin işləri aparmağı da çox sevir. Məhz buna görə siz bağda onu əlində lapatka ilə görsəniz, təəcüblənməyin. Müğənninin TrendLife-a verdiyi məlumata görə, bu həvəs onda yay aylarında yaranır. Hətta sevimli həyat yoldaşı onu "anadangəlmə kəndçi" adlandırır. "Mənim əzizlərim fermerliyimə gülürlər. Mənsə onunla fəxr edirəm. Bu bağ sezonunda mən bir neçə sıra badımcan, pomidor və şirin bibər əkmişəm. Lakin bibərlər çox acı çıxıb. Bizim evdə məndən başqa onları istifadə edən yoxdur".

Kərim daha bir maraqlı faktı qeyd etdi. İş ondadır ki, evləndikdən sonra nəinki anası, həyat yoldaşı, hətta qayınanası da ona qulluq edir. "Mənim qayınanam deyir ki, əgər bibərlər acı çıxıbsa, bu nəyəsə işarədir. Bütün məndə olan pis nəzərlər, gözlər, karyeramda ziyan verənlər hamısı mənim gözümün qabağında acı bibər kimi yetişir. Mən vaxtaşırı onları sulayır, təmizləyir, sonra isə yeyirəm. Elə bir rəqib yoxdur ki, mənim kimi düşmənlərinin qeydinə qalsın" - deyə müğənni qeyd etdi.

Xəbər lenti

Xəbər lenti