...

Faytonçu Nazim Moskvada klip çəkdirir

Cəmiyyət Materials 18 İyul 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ İndi bir çox müğənnilər istirahət edir. Faytonçu Nazim isə fəal işləyir. "TrendLife"ın verdiyi məlumata görə, müğənni özünün yeni mahnısı "Nə etmək olar?"ın yazılmasını başa çatdırıb. Mahnının musiqisi bəstəkar İsmayıla, sözləri isə Rəsmiyyə Sabirə məxsusdur. Mahnı üzərində iş bununla bitmir. Belə ki, həmin mahnıya klip çəkdirməyi düşünən müğənni rejissor işini Aqil M.Quliyevə həvalə edəcək. Çəkilişlərin Moskvada aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti