...

Bakıda Nyu–Yorkun görməli yerləri ilə bağlı fotosərgi açılıb

Cəmiyyət Materials 19 İyul 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K. Ramazanova/ Bu gün Bakının "Qala" rəsm qalereyasında Nyu-Yorkun görməli yerləri fotosərgisinin açılış mərasimi keçirilib. Açılışda iştirak edən Amerikanın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, sərgi Azərbaycan cəmiyyəti və vətəndaşlarını öz tarixi abidələrini qorumağa ruhlandıracaq.

Onun sözlərinə görə, Nyu-York kimi Bakı şəhəri də tarixi memarlıq abidələri ilə zəngindir. "Son zamanlar müşahidə etdiyimiz sürətli inkişaf və tikinti fonunda Bakıda memarlıq abidələrinin qorunması hökumət, yerli orqanlar və şəhər sakinlərinin qarşısında duran əsas vəzifədir", - səfir əlavə edib.

Səfir Azərbaycanlı tələbələri Bakıda ən sox sevdikləri abidənin foto şəklini səfirliyə təqdim etməyə dəvət etdi. Müsabiqənin qalibləri avqustun 10 -da elan olunacaq.

Nyu -Yorkun görməli yerləri fotosərgisi Nyu-York şəhərinin tarixi abidələrinin mühafizəsinə dair qanunun qəbul edilməsinin 40 illiyinə həsr olunub. Bu qanun şəhərin simasinı təşkil edən mühüm binaları, abidələri qorumaq məqsədi daşıyır. Sərgidə 81 fotoşəkil nümayiş olunur. Nyu -York şəhərinin memerlıq abidələri həm ABŞ, həm də bütün dünya üçün məna kəsb edən simvollarla zəngindir. Məsələn, Azadlıq heykəli Fransa xalqının amerikalilara 1886 - ci ildə verdiyi hədiyyədir. Amerikaya səfər edən milyonlarla insan bu heykəli mütləq ziyarət edir.

50-dən çox ölkədə olan bu sərgi Nyu Yorkun həyatı, müxtəlifliyi və tarixini onun görməli yerləri vasitəsilə işıqlandırır. Sərgidə mülki binalar, fabriklər, ofis qüllələri, universitetlər, muzeylər, park və məbədlərin fotoşəkilləri var. Azadlıq heykəli və Bruklin körpüsü kimi yaxşı tanınan yerlərlə yanaşı, Manhettendəki Litl Red Laythauz kimi az tanınan yerləri də özündə əks etdirən sərgi tamaşaçılara Nyu-Yorkun adamları, onların can atdlqları istək və dəyərlər barədə 1640-cı ildən bu günədək olan məlumatları çatdırır.

Xəbər lenti

Xəbər lenti