Azərbaycan, Bakı, 28 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Azərbaycanın xalq artisti Telman Adıgözəlov hazırkı teatrların vəziyyətindən narazıdır. Bu haqda aktoyr "TrendLife"a bunları bildirdi: "Yaxşı ssenarisi olmayan teatrlar məhv olmağa məhkumdurlar. Biz uzun müddət dünya klassiklərinin əsərlərini oynaya bilmərik. Hər bir xalqın özünün dramaturqu olmalıdır. Belə olmasa heç bir aktyor truppası, heç bir teatr tamaşaçı diqqətini cəlb edə bilməz" - deyə Adıgözəlov qeyd etdi.