...

Azərbaycan kinosu "Şakena ulduzları" festivalında iştirak edəcək

Cəmiyyət Materials 30 İyul 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul \müx.TrendLife Eldar Hüseynzadə/Sentyabrın əvvələrində Alma-Atıda "Şakena ulduzları" adlı beynəlxalq festival start götürəcək. Orda həmçinin Azərbaycan filmləri də təqdim olunacaq. Artıq onlar seçilib. Bu haqda TrendLife-a Kinomatoqrafçılar İtifaqından xəbər verilib.

Təqdim olunacaq filmlərdən biri "Qrinviç meridianı xaricində" olacaq. Bu film qısametrajlı bədii filmdir, yaxın zamanlarda təqdimatı gözlənilir. Maraqlısı isə budur ki, bu səhnədə Rafael İsgəndərov birinci dəfədir ki, dramatik rolda oynayır. İkincisi isə sənədli "Keçid" filmi olacaq. Hər iki səhnəni gənc rejissor Yusif Quliyev çəkib.

Onu da qeyd edək ki, festival beşinci dəfədir ki, keçirilir. Bu festival qazax kinomatoqrafı görkəmli aktyor, rejissor Şaken Aymanovun şərəfinə keçirilir.

Xəbər lenti

Xəbər lenti