Azərbaycan, Bakı, 2 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Dövlət sənədli film studiyası olan "Yaddaş"-da bir neçə filmlərin çəkiliş prosesləri gedir. Studiyadan "TrendLife"a verilən məlumatlara görə filmlərdən biri xalq artisti Firəngiz Əlizadəyə həsr olunub. Əsər üzərində iş artıq üç aydır aparılır. Filmin rejissoru Cahangir Zeynalovdur. Onu da qeyd edək ki, avqustun axırları sentyabrın əvvələrində İngiltərədə onun konserti olacaq və çəkiliş qrupu da orada işləyəcək.