...

"Azadlıq" qəzetinin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 3 Avqust 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cümə günü Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəzadənin sədrliyi ilə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşı Qafar Abbasovun "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Yasamal Rayon Məhkəməsindən müdafiə tərəfinə bildirilib ki, hakim Ağamirzəzəda başqa işə keçirilməsi ilə əlaqədar məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. Ağamirzəzadə Azərbaycanın Hərbi Məhkəməsinə sədr təyin olunub. Yaxın günlərdə "Azadlıq"ın işi Yasamal Rayon Məhkəməsinin başqa bir hakiminə veriləcək.

"Azadlıq" qəzetində özünün şərəf və layəqətinin təhqir olunduğunu iddia edən Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşı Abbasov qəzetin 50 min manat cərimələnməsini və yazı ilə bağlı təkzib verilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti