...

Kinotarixçi Aydın Kazımzadə: "Mehdi Hüseynzadə Azərbaycanın Rembosudur, onun haqqında film çəkmək lazımdır"

Cəmiyyət Materials 8 Avqust 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / Trend , müxbir Eldar Hüseynzadə/ Nə haqda kino çəkmək indi geniş müzakirə olunur. Hər kəsin fərdi fikri var. Bu haqda şəxsi fikirləri ilə "TrendLife"la əməkdar mədəniyyət xadimi kinotarixçi Aydın Kazımzadə bölüşdü: "Azərbaycan indi müharibə şəraitindədir. Nə qədər də komediyalar çəkilsə ürək rahatlıq tapmır. Məhz buna görə də biz tarixi filmlər çəkməliyik. Gənclər öz tarixlərini bilməlidirlər. Bu insanlarda ruh yüksəkliyi yaradır Vətəninə inamla yanaşdırır. Digər mövzulara isə düşünürəm ki, başqa vaxt müraciət etmək olar. Məsələn, düşünürəm ki, Mehdi Hüseynzadə haqqında həm film həm də serial çəkmək olar. Amerika kinosunda Rembo kimi güclü surət var. Lakin bizdə isə Mehdi Hüseynzadə əsl Rembo idi. Mən indi onun haqqında sirrli sənədlər tapmışam. Bu MTN-nin sənədləridir. Orada yazılıb əfsanəvi qəhrəman, nəinki elə belə qəhrəman. Orada çox maraqlı şeylər yazılıb. Onu götürüb bütöv bir serial etmək olar. Gənclər üçün belə filmlər lazımdır".

Xəbər lenti

Xəbər lenti