...

"Yeni dalğa"da "Bəyaz rəqs" adlı film çəkilir

Cəmiyyət Materials 11 Avqust 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /müx. "TrendLife" Kəmalə Əmiraslanova/ "Yeni dalğa" prodüsser mərkəzi sənədli tarixi film olan "Təməl" üzərində işi başa çatdırıb. Filmin ssenari müəllifləri Aydın Abdullayev, Nadir Bədəlov, Mirsadıx Ağazadədir. Film 1907-ci il aprel ayında çəkilmiş boru kəmərinin 100 illiyinə həsr olunur. "Yeni dalğa" prodüsser mərkəzinin direktoru Rasim Həsənovun "TrendLife"a verdiyi məlumata görə, bu ay həmçinin "Bəyaz rəqs" adlı filmin çəkilişlərinə başlayacaqlar. Həmin filmin də rejissoru və ssenari müəllifi Mirsadıx Ağazadədir. Bu filmdə adi bir kəndli oğlanın birdən-birə gəlib şəhərə düşməsindən söhbət açılır. Şəhərə gəlməzdən əvvəl oğlan elə düşünürdü ki, şəhər cənnətdir. Sən demə heç də o fikirləşən kimi deyilmiş...

Xəbər lenti

Xəbər lenti