...

Müğənni Elnarə: "Mən və Rövşən uşağımıza görə hər şeyə hazırıq" Teleaparıcı Rövşən Cahangirov: "Uşaq əzizləməyə heç bir babanın nənənin yeri yoxdur"

Cəmiyyət Materials 16 Avqust 2007 16:25 (UTC +04:00)
Azərbaycan, Bakı, 16 avqust / müxbir V. İmanov/ Uşağın dünyaya gəlişi sevinci həyat boyu yaddan çıxmır. Balaca körpə valideynə unudulmayan anlar bəxş edir. Hamı yaxşı bilir ki, şirin balanın dünyaya gəlişi həyacan və kədərdən çox sevinc gətirir. Valideynin borcu isə övladını layiqli şəxsiyyət kimi formalaşdırsın. İndi isə sizə xoşbəxt və tanınmış ailələrdən biri olan müğənni Elnarə və teleaparıcı Rövşən Cahangirovu təqdim edirik. Onların evində iki ay bundan öncə balaca qızcığaz dünyaya gəlmişdir. Beləki onun adını qədim azərbaycan eposu olan "Kitabi Dədə Qorqud"-da qəhrəmanın adı ilə Burlaxatun qoymuşlar. Lakin bu hələ son deyil. Gənc ailə daha dörd uşaq arzusundadır. -Valideyn olduqdan sonra özünüzü necə hiss edirsiniz? Ata ana sevinci bir azdan yuxusuz gecələrlə, uşağa tərbiyə verməklə əvəz olunacaq. -Rövşən: Mən ata olduqdan sonra hər şey dəyişdi. Belə ki, özümdə daha çox məsuliyyət hiss etməyə başladım. Özümdən asılı olmayaraq tez-tez evə zəng vururam, uşağı soruşuram. İşimi bitirən kimi evə qaçıram. İndidən onun gələcəyini düşünürəm. -Elnarə: Mən biləndə ki körpəm olacaq, başa düşdüm ki, bütün həyatım dəyişəcək. Artıq ana olduqdan sonra isə fikirləşirəm ki, bu balaca üçün biz hər şey - pəncərədə işıq, arxa, ən yaxşı dost olmalıyıq. -Bəs nəyə görə balacanı məhz Burlaxatun adlandırdınız?-E: O xan qızı və xan arvadıdır. Mən inanıram ki, qızım da böyüyəndə ya diplomat ya da səfir olacaq. -R: Biz qərara gəlmişdik ki, uşaqlarımızı azərbaycan köklü fars, ərəb, türk adları ilə çağıraq. Həm də bu hələ ilkimizdir. İnşallah biz hələ minimum dördünü planlaşdırırıq. -Belə zamanda.... Mən Elnarənin vəziyyətini təsəvvür edirəm. Ona o qədərdə asan olmayacaq. -R: Burada nə var ki. O vaxt nənələrimizin 10-12 uşağı olub. -E: Ümumiyyətlə bu mənim ideyam olub. Mənim ata nənəmin 11 ana nənəmin isə 9 uşaqları olub. -Nənələrinizin adətini davam etdirmək istəyirsiniz?-R: Bilirsiniz, qızın bacısı və qardaşı olmalıdır. Əgər oğlan olsa, yenə də bacı və qardaş lazım olacaq. Beləliklə dörd uşaq alınır.-E: Mənim körpəm dünyaya gələndə fikirləşdim ki, bir daha doğmayacam. Sonra o şirin Balanı qucağıma götürəndə Allahın mənə bəxş etdiyi ən gözəl şeyi anladım. Ən başlıcası yalnış fikirdə olduğumu anladım. İndi isə deyirəm biridə. Daha biridə olsun... -Elnarə, düzünü de...Rövşən ev işlərində, uşağı dəyişməkdə, sıyıq bişirməkdə sənə kömək edir? Gecələr uşaq ağlamağından bezmir ki?-E: Əlbəttə kömək edir. Gecələr uşağa da baxır. Bir yerə getmək lazım olanda onun yanında qoyub gedirəm. Sıyıq bişirməyə gəldikdə isə uşaq anna sudu ilə böyüyür.R: Nəsə almaq lazım olanda mənə məsuliyyətsiz deyir.E: (Gülür) Rövşən ailəcanlıdır. Mən ondan çox razıyam. O da məndən. -Bəzi analar südləri ola-ola uşaqlarına müxtəlif gür "Uşaq yeməkləri" verirlər. Bunun səbəbini isə bədən quruluşlarının korlanması ilə izah edirlər. -E: Qoy korlansın. Mənim üçün ən əsası uşağımın sağlam olmasıdır. Mən və Rövşən uşağımız üçün hər şeydən keçərik. -İndi uşağa dayə tutmaq dəb halına çevrilib. Sən istəmirsən?-E: Əlbəttə yox. Balacanın iki nənəsi və babası var. Ümumiyyətlə mən on dayəyə dəyərəm. -Bəs qorxmursunuz ki, doğma dayə yanında uşaq eqoist ola bilər?R: Yox. Hər şey uşağın tərbiyyəsindən asılıdr. Əsas valideyndir. Burda nənə baba qayğısı keçmir. Mən qızımı vətənpərvər ruhda kişi xasiyyətdə tərbiyyə edəcəm. -Bəzi atalar körpə uşaqları qucaqlarına almağa qorxurlar. Elə bilirlər ki, indi əllərində olan "büllur qab" düşəcək. Bəs Rövşən necə?-E: Mən doğum evindən çıxanda Rövşən mənə yaxınlaşıb sanki uşağı qucağımdan qopardı. Mən sizinlə razıyam elə atalar var ki, uşağı altı ayına qədər qucaqlarına ala bilmirlər. -Yaxşı, indi Rövşən ən çox kimi istəyir - yoldaşını yoxsa uşağını? Demə ki, ikisini də eyni isəyirsən.R: Hərənin öz yeri var. Elnarəni yoldaşm kimi Burlaxatunu isə övladım kimi istəyirəm. Bu hisslər müqayisə olunmur.-Rövşən, sən vətənpərvər verlişləri aparıcısısan. Qızının hərbi xidmətdə olmasını istəyərsən?-Qız hərbi xidmətdə yalnız tibb bacısı kimi ola bilər. Mən qızın əlində silah tutmasının əleyhinəyəm.-Bəs balacanı nəzərdən necə qoruyursunuz?-E: (Gülür) qədim ənənlərimizə görə hər gün başına üzərlik çevirirəm. Başının altına bıçaq və çörək qoyuram. Balacanın paltarının üstü doludur göz muncuğu ilə. -Elnarə sən şou-biznes nümayəndələrinin içində nadirisən ki karyeranı ailənə qurban verdin. Yerigəlmişkən səhnəyə nə vaxt qayıdırsan? Qızına mahnı və ya klip çəkmək fikrin varmı?-E: Mən nə birinci nə də sonuncu deyiləm. Məsələn dostlarımdan olan Lalə Məmmədova, Gülyanaq Məmmmədova, Samirə də anadırlar. Mən hər kəsə ailə xöşbəxtliyi arzulayıram. O ki qaldı qızıma mahnı həsr etmək, hazırda ailəmiz haqdə layihə üzərində çalışıram. Bu klip "Lay-lay" adlanacaq. Həmin klipdə bizim toy və şəxsi şəkillərimizdən istifadə olunacaq. Ən sonda balacanın kadrları ilə bitəcək. Müəllifdən: Balacaya qulluq etmək onu yedizdirməkdən və çimizdirməkdən ibarət deyil. Onlara qulluq etmək daim onlarla söhbətləşməkdir. Onlara çoxlu vaxt ayırın. Uşaq ağladığı vaxt sizi köməyə çağırır. Heç vaxt onları sizinlə söhbətdən məhrum etməyin.

Xəbər lenti

Xəbər lenti