...

Azərbaycan jurnalistlərinin öz vətəndaşlıqlarından imtina etməsi dövlət üçün həyacan siqnalıdır - "Novosti-Azerbaydjan" BİA baş direktoru

Cəmiyyət Materials 16 Avqust 2007 18:06 (UTC +04:00)
Azərbaycan jurnalistlərinin öz vətəndaşlıqlarından imtina etməsi dövlət üçün həyacan siqnalıdır - "Novosti-Azerbaydjan" BİA baş direktoru

"Novosti-Azerbaydjan" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə

Öz həmkarlarımın addımını şərh etmək çox çətindir. Bu və ya digər insanın haqlı və ya haqsız olmasını mühakimə etməyə hüququn olması, bu məsələdə obyektivliyə riayət etmək çox çətindir.

Üstəlik bu halda söhbət bir insandan yox, bütöv bir qrupdan gedir. Yəqin ki, onların öz səbəb və arqumentləri var.

Həmkarlarımız bu yolu dövlətin ünvanına etiraz əlaməti olaraq seçiblər. Onların baxışlarına görə dövlətdə insan hüquqları pozulur, qanunun aliliyi müəyyənləşdirici instansiya deyil. Lakin cəmiyyətdə mövcud olan mənfiliklərlə razılaşmamağın digər forma və ifadə üsulları da var axı. Məgər öz hüquqlarının müdafiəsi üçün bütün imkanlar tükənib?

Əgər indi biz vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini yaşayırıqsa, artıq özlərini instinktiv olaraq başqa dövlətin vətəndaşı kimi fikirləşən, KİV-in daha fəal nümayəndələri buna necə laqeyd qala bilərlər?

Yaxud, istisna deyil ki, bu addımı etiraz, beynəlxalq ictimaiyyətin mövcud problemə diqqəini cəlb etmək üçün vasitə hesab edənlər arasında siyasi üsulla Avropa ölkələrində daha yaxşı həyat tapmaq istəyənlər də var.

Öz ölkəsini tərk etmək istəyən hər bir şəxsin bunun üçün obyektiv və subyektiv səbəbləri olmasına baxmayaraq, hətta öz vətəndaşlığından imtina etmək kimi faktın olması dövlət üçün, dövlətin taleyinə cavabdeh şəxslər və hər bir vətəndaş üçün həyacan siqnalıdır. Dövlət qurumları bu cür siqnallara reaksiya verməli, mövcud problemləri aradan qaldırmalıdır. Onların ölkə xaricinə çıxması və bununla onun imicinə düzəldilməsi mümkün olmayan zərər vurulmasına imkan yaratmamalıdırlar.

Xəbər lenti

Xəbər lenti