...

Müslüm Maqomayev-65

Cəmiyyət Materials 17 Avqust 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Müslüm Maqomayev haqqında daha nə deyəsən? Hər kəs onun haqqında hər şeyi bilir. Tanınmış müğənni insanların ürəklərini öz mahnıları ilə fəth edib. Müslüm Maqomayev sözün əsl mənasında canlı əfsanədir. Onun özü və səviyyəsi haqqında nə qədər maraqlı hadisələr söylənilib. Hələ də söyləyəcəklər. Bu gün onun 65 yaşı tamam olur. "TrendLife"ın verdiyi məlumata görə prezident İlham Əliyev bununla əlaqədar ona təbrik məktubu göndərib. İndiyənə qədər çətindir demək ki, Müslüm azərbaycanın yoxsa Rusiyanın artistidir. Axı öz musiqi karyerasının bir çox hissəsini Moskvada keçirib. Buna baxmayaraq müğənni həmişə söyləyib ki, Azərbaycandandır. O həmişə bununla fəxr edib. O bir dəfə öz müsahibəsində bunları söyləyib. "Mən mahnıda deyildiyi ikimi "rossiyskiy slavnıy ptax", deyiləm. Sadəcə ömrüm boyu Rusiyada yaşamışam. Ruslar mənə böyük məmuniyyətlə qulaq asırlar, mahnılarımı sevirlər. Amma Bakıda doğulmuşam, boya başa çatmışam. Sadəcə qismət belə gətirdi ki, mən Moskva səhnəsində çıxış etdim, həmin an məni bütün Moskva tanıdı. Mən həmişə demişəm ki, Azərbaycan - atam, Rusiya - anam, doğulduğum yer isə qulurtay sarayıdır". Başqa bir tərəfdən o, Azərbaycana çox az-az gəlir. Ya vaxtı yoxdur, ya da ki, nədənsə inciyib. "TrendLife" Müslüm Maqomayevə yubilyei ilə bağlı müsahibə verməyini xahiş etdi. Onun bakılı katibi Oleq Əmirbəyov bizə etraz etdi. Səbəbini isə yubilyarın qrafikinin boş olmaması ilə əlaqələndirdi. Son zamanlar onun azərbaycan KİV-də heç bir müsahibəsi olmayıb. Yenə də iciklik? Məlum deyil. Nə isə, qəmli söhbətlər etmək istəməzdik. Müslüm Maqomayev hazırda artıq konsert çıxışlarını da azaldıb. Amma İosif Kabzon özünün 70 illiyində bir neçə bayram konsertləri vermişdir. Qalır onun 70 illiyini gözləyək. Bəlkə o vaxt qərara gəldi.

Xəbər lenti

Xəbər lenti