...

Bakıdakı boks üzrə dünya birinciliyində 42 yığma iştirak edəcək

Cəmiyyət Materials 22 Avqust 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Avqustun sonunda Heydər Əliyev adına İdman-Sərgi Kompleksində start götürəcək gənclər arasında dünya birinciliyində iştirak edəcək yığmaların sayı 42-yə çatıb.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, bu, yekun rəqəmdir və hazırda yarış təşkilatçıları bəzi dövlətlərdən müraciətlərin təsdiqini gözləyir.

"Yarışın miqyası geniş olacaq. Çünki Bakıya Rusiya və Kuba kimi tanınmış boks ölkələrindən başqa Meksika, Dominikan Respublikası, Cənubi Koreya, İrlandiya və digər dövlətlərdən boksçular gələcək" - deyə Əbiyev vurğulayıb.

Birinciliyə həmçinin Ümumdünya Həvəskar Boks Assosiasiyasının bütün rəhbər heyəti gələcək.

Xəbər lenti

Xəbər lenti