...

Aslan Kərimov Azərbaycan yığmasında çıxışların sayına görə yeni rekordçudur

Cəmiyyət Materials 24 Avqust 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol yığmasının kapitanı Aslan Kərimov milli komandadakı çıxışların sayına görə yeni rekorda imza atıb.

Əvvəllər rekord yığmada 75 oyun keçirən Tərlan Əhmədova məxsus idi. Aslan bu rekorda Avropa çempionatının seçmə mərhələsində Qazaxıstanla oyunda iştirak etməklə çatıb. Bu günlərdə Düşənbədə Tacikistana qarşı oyunda meydanda 90 dəqiqə keçirməklə isə futbolçu həmin rekordu yeniləyib.

Kərimov Şahin Diniyevin komandasının əsas oyunçularından biridir və yaxın zamanlarda hazırkı göstəricini təzələmək imkanı əldə edəcək. Belə ki, sentyabrda Azərbaycan yığması Bakıda Gürcüstan yığmasını qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti