Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə yığması Pekində başa çatan gənclər arasında dünya çempionatının yekunlarına əsasən, beş ən yaxşı yığma sırasında yer alıb.
Komandaya 28 xal qazandıran bu nəticə Cəbrayıl Həsənov ( 60 kq) və Aqil Quliyevin ( 74 kq) qazandıqları iki bürünc medal hesabına alınıb. Arif Abdullayevin yetirmələri Almaniyanı üç xal qabaqlaya biliblər. Güləşçilərimiz həmçinin Qazaxıstan, Monqolustan, Ukrayna, Yaponiya, Ermənistan, ABŞ, Çin, Koreya, Özbəkistan, Hindistan, Bolqarıstan, Kuba, Rumıniya və digər yığmaları geridə qoyublar.
Ümumi hesabda qalib adını Rusiya komandası qazanıb. Rusiyalı güləşçilər müvafiq olaraq iki və üçüncü yeri tutan İran və Türkiyə millisini qabaqlayıblar.