...

Xaricdə təhsil alan azərbaycan gənclərinin sayı artır

Cəmiyyət Materials 29 Avqust 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Sentyabr ayının 1-dən etibarən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və TQDK-nın əməkdaşlarından ibarət işçi qrupu tərəfindən müsabiqədə iştirak etmək üçün müraciət etmiş şəxslərlə müsahibələrin və psixoloji testləşdirmələrin keçirilməsi planlaşdırılır. TQDK-nın ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumatda belə deyilir.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərəivəsində TQDK tərəfindən xarici ölkələrin təhsil müəssisələrində bakalavr dərəcəsi alacaq gənclərin seçimi ilə əlaqədar müsabiqə elan edilmişdir.

Müsabiqədə iştirak etmək məqsədilə TQDK-ya 2007/2008-ci tədris ili üçün ölkənin ali məktəblərinin bakalavr pilləsinə keçirilən qəbul imtahanlarda I ixtisas qrupu üzrə 550, II, III və IV ixtisas qrupları üzrə 600 və daha çox bal toplamış 386 nəfər şəxs müraciət etmişdir (I ixtisas qrupu üzrə 93, II ixtisas qrupu üzrə 155, III ixtisas qrupu üzrə 73 və IV ixtisas qrupu üzrə 65 nəfər).

Hal-hazırda Azərbaycan gənclərinin Fransa, Türkiyə, Rusiya Federasiyası və Cənubi Koreyanın bir sıra nüfuzlu ali məktəblərində təhsil almasına dair razılıq əldə edilmişdir.

Xəbər lenti

Xəbər lenti