...

Səfir: "Rusiya telekanallarının Azərbaycanda yayımlanmasına dair danışıqlar sentyabr ayında Moskvada davam etdiriləcək"

Cəmiyyət Materials 30 Avqust 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Sentyabr ayında Moskvada Rusiya telekanallarının Azərbaycanda yayımlanmasının davam etdirilməsi ilə bağlı danışıqlar keçiriləcək. "Rusiya kanallarının yayımlanması ilə bağlı danışıqlar üzrə Əlaqə qrupunun görüşünün növbəti mərhələsi sentyabrın əvvəlində və ya ortalarında keçiriləcək" - deyə bu gün Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov Bakıda keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan Teleradio Yayım Şurası yanvarın əvvəlində Rusiyanın "ORT" və "RTR - Planeta" və Türkiyənin "STV" kanallarının iyul ayının 10-dan etibarən Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. ORT-nin yayımı iyulun 10-da, "RTR- Planeta"nın yayımı isə Rusiya tərəfinin müraciətindən sonra və Azərbaycan telekanalının Rusiyada yayımı şərtilə sentyabr ayına qədər uzadılıb. Qarşılıqlı yayım üzrə yaradılmış işçi qrupun üzvləri artıq iki görüş keçirib.

Səfirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq üçün çərçivə yaradan ikitərəfli müqavilə təsdiq olunub. İyun ayında Azərbaycan Rusiyaya bu məsələ ilə bağlı mülahizələrini çatdırıb və Rusiya tərəfi bu mülahizələri nəzərdən keçirir. O qeyd edib ki, Moskvada sentyabr ayında Rusiya tərəfindən hazırlanmış sənədlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti