Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Rusiyanın boks üzrə yeniyetmələrdən ibarət yığma komandası bu günlərdə Bakıda keçirilən dünya çempionatında əldə etdiyi medallarla bağlı , öz planlarına yenidən baxmaq niyyətindədir.
allsport.com saytının verdiyi məlumata görə , komandanın yaşlı məşqçisi Nikolay Pavlov ümid etdiyi boksçuların ilk oyudaca məğlub olduqlarını etiraf edib.
"Lakin güman edirəm ki, onlardan bir neçəsi öz rəqibinə uduzmadı, onları buna sövq etdilər. Bu gün bizim artıq beş itkimiz var - bu komanda ilə biz ötən il yeddi qızıl medal qazanmışdıq. Lakin göründüyü kimi, bu dəfə hər şey bizim planlaşdırdığımız kimi alınmır. Bir neçə medal planına yenidən baxmağımız lazım gələcək" - deyə məşqçi etiraf edib.
Yarışın istirahət günü ayın 6-na təyin olunub. Artıq ayın 7-də yarımfinal mərhələsinin döyüşləri keçiriləcək.